Rassell qrupu

Rassell qrupu
ing. Russell Group
Loqonun şəkli
Növü Ali təhsil müəssisələrinin assosiyasiyası
Yaranma tarixi 1994
Rəsmi dili İngilis dili
Mərkəzi Steyşn Roud, Kembric
Fəaliyyət göstərdiyi yer Britaniya
Prezident Nensi Rosvel
Üzvləri
russellgroup.ac.uk

Rassell qrupu (ing. Russell Group) ― Britaniyada fəaliyyət göstərən 24 aparıcı tədqiqat universitetinin təmərküzləşdiyi assosiyasiya.[1]

1994-cü ildə yaradılmış təşkilat Britaniyadakı qabaqcıl ali təhsil ocaqlarında aparılan tədqiqatları daha da intensivləşdirmək və koordinasiya etmək məqsədilə dövlət tərəfindən formalaşdırılmışdır.[1] Sözügedən qrupda cəmlənmiş müəssisələr Böyük Britaniyanın ən nüfuzlu universitetləri hesab olunurlar və eyni zamanda, tədqiqat universiteti statusuna malikdirlər.[2]

Hazırda, Britaniyada ali təhsil tələb edən işlərin 61%-də Rassell qrupuna üzv universitetlərin məzunları çalışır.[3] Bundan əlavə, Birləşmiş Krallıqda əldə olunmuş doktorantura elmi dərəcələrinin 60%-i də qeyd olunan qrupun üzvlərinin payına düşür.[4] Rassell qrupu üzvü olan ali təhsil müəssisələrinin tədqiqatlarının 68%-i "Dünya miqyaslı" hesab olunur.[4]

  1. 1 2 "About" (ingilis). russellgroup.ac.uk. 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2021.
  2. "What is The Russell Group? List of Russell Group Universities" (ingilis). 3 yanvar 2019. 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2021.
  3. "Graduates in the UK Labour Market – 2017" (Press-reliz). Office for National Statistics. 24 November 2017. 1 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2019.
  4. 1 2 "Research Excellence Framework". Russell Group. 18 December 2014. 8 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2016.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search